10:26 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Amerikanın elektromobil istehsalçısı Tesla şirkətinin səhmləri əsas hərracların bağlanışında şirkətin maliyyə hesabatlarından sonra 6% ucuzlaşır. Maliyyə göstəriciləri bazarların gözləntilərini doğrultmadı.
ABC.AZ xəbər verir ki, əsas ticarət bağlandıqdan sonra Tesla səhmləri 5.9% ucuzlaşaraq 195.5 dollar təşkil edib. Çərşənbə günü keçirilən hərracların nəticələrində səhmlər 0,6% ucuzlaşaraq 207,83 dollar təşkil edib.
Dördüncü rübdə şirkətin səhm başına korrektə olunmuş xalis gəliri bir il əvvəl 1,19 dollardan 0,71 dollara qədər azaldı, proqnoz 0,73 dollar idi. Xalis mənfəət bir il əvvəl 1,07 dollardan səhm başına 2,27 dollara yüksəldi.