12:29 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Azərbaycanda əcnəbi şəxslərin manata marağı artır və daha manatda qoyulan əmanətlərin həcmi 400 milyon manata çatıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 1 yanvar 2024-cü il tarixinə qeyri-rezident fiziki şəxslərin Azərbaycan banklarında 394 milyon manatlıq (153.3 mln. manatı cari hesab) əmanətləri var.
Bu da ölkə tarixində indiyə qədər qeydə alınmış ən yüksək gösətəricidir. Əcnəbilərin manatda əmanətlərinin həcmi ilin əvvəlində 334.1 milyon manat təşkil edirdi.
Əcnəbilər manatda uzun müddətə yerləşdirdiyi depozitlərin həcmi isə 89.3 mln. manat olmaqla bu indiyə qədər qeydə alınmış ikinci ən yuxarı göstəricidir.
Ümumilikdə əcnəbilərin banklarda 1 mlrd. 242.3 mln. manat ekvivalentində əmanətləri olub, bunun da qalan 848.4 mln. manat ekv. xarici valyutadadır.
Statistikaya əsasən manatda yatırılmış depozitlərin 304.7 mln. manatı qısa müddətə qoyulub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026