11:32 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Son vaxtlar bəzi göstəricilərində geriləmə müşahidə olunan «Premium Bank»ın bu dəfə rəhbərli dəyişib.
ABC.AZ xəbər verir ki, bankın idarə heyətinin sədri Mahir Nəcəfov işdən çıxarılıb. Yeni rəhbər olaraq bu vəzifəyə Kamil Lətifov təyin edilib.
Daha sonra məlum olub ki, əlsində köhnə rəhbər də Bankda qalıb. Belə ki, Mahir Nəcəfov bankdan getməyib və idarə heyətinin üzvü - sədr müavini (Baş maliyyə inzibatçısı) vəzifəsində çalışacaq.
Son illər adı bir neçə dəfə qalmaqalda hallanan «Premium bank»da kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.
Xatırladaq ki, hələ 2022-ci ildə, ilin sonunda «Premium bank»ın aktivləri 9% və ya 68 milyon manat azalaraq 692,2 milyon manata enib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026