Azərbaycanda 5 milyonluq şirkətin dövlətə vergi borcu var

11:14 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. "Zarat Taxıl” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Zarat Taxıl” MMC-nin vergi borcu 8107.04 manatdır. Bu vergi borcu 23.01.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, bu şirkət 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 4 977 330 manatdır və qanuni təmsilçisi Camal Əliyevdir.