Azərbaycan bankları 2023-cü ili 1.08 mlrd. xalis mənfəətlə başa vurublar

10:41 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Azərbaycanda 2023-cü ildə banklar 1 mlrd. 076.4 mln. manat xalis mənfəət əldə ediblər.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, Banklar 1 mlrd. 641.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

2023-cü il ərzində banklar tərəfindən ümumilikdə 308.2 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 46.7 mln. manat daha çoxdur.