Dövlət Neft Fondu manatdakı aktivlərini bu qədər yüksəldib

16:15 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) aktivlərində manatın həcmini üç aya 1.59 milyard manat və ya 58% artırılıb.

ABC.AZ bu barədə ARDNF-in hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 3-cü rübünün sonu 2.69 mlrd. manat olan manatdakı aktivlər 3 ay sonra 4.25 mlrd. manata yüksəlib.

Xatırladaq ki, 2023-cü ilin sonuna olan məlumata əsasən ARDNF-in cəmi aktivləri 56 mlrd. 69.68 mln. dollar ekvivalentindədir.