Faiz gəlirləri 36% artaraq 36 milyon manat olan Bank - Hesabat

17:06 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" 2023-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Bankın yaydığı hesabatda ötən ili uğurla bitirən Bankın xalis mənfəətinin kəskin artaraq 12 milyon manat təşkil etdiyi açıqlanıb.

Hesabatda ötən il ilə müqayisədə Bankın faiz gəlirlərinin 36% artaraq 36 milyon manat, qeyri-faiz gəlirlərinin 22% artaraq 23 milyon manat təşkil etdiyi qeyd edilib. Ümumilikdə isə, Bankın xalis faiz gəliri 38% artaraq 33 milyon manat olub.

Maliyyə nəticələrinə əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə bankın aktivlərinin həcmində 7% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 515 milyon manat təşkil edib.