Türkiyədə həftə ərzində Rusiyadan pul köçürmələri ilə bağlı problemi həll edəcəklər

11:45 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı bu ilin əvvəlindən yaranmış problem bu həftənin sonuna qədər həll olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə yanvarın 17-də “RİA Novosti”nin Türkiyə dövlət Bankından mənbə bildirib.

"Vəziyyətin həftənin sonuna qədər həllini tapacağını gözləyirik", - deyə bildiriblər.

Mənbənin sözlərinə görə, Türkiyədəki banklar bu məsələ ilə bağlı fasilə veriblər.

Türkiyə KİV-ləri xəbər verir ki, yanvarın 1-dən etibarən Türkiyədəki ixracatçı müəssisələr yerli bankların pul köçürmələrini həyata keçirməkdən imtina etməsi səbəbindən Rusiyadan pul köçürmələrini dayandırıblar.