Ötən il qeydiyyatdan keçmiş vergi ödəyicilərinin neçə faizi xarici investisiyalı olub?

15:58 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. 2023-cü ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,7 faizi yerli investisiyalı, 12,3 faizi isə xarici investisiyalıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. 2023-cü il ərzində yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,5 faiz təşkil edib.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2.160 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü il ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə 20,2 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 18,5 faiz artıb.

2024-cü il yanvar ayının 1-nə 22.563 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2023-ci il yanvarın 1-nə nisbətən 10,9 faiz artıb.