10:31 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Çin Xalq Bankı (NBK, ölkənin Mərkəzi Bankı) bazar ertəsi günü ortamüddətli kredit proqramı (MLF) çərçivəsində maliyyə sisteminə 995 milyard yuan (140 milyard dollar) yönəldib.
ABC.AZ xəbər verir ki, MLF çərçivəsində verilən illik kreditlər üzrə faiz dərəcəsi 2,5% səviyyəsində qalıb. Sonuncu dəfə Mərkəzi Bank onu 2023-cü ilin avqust ayında dəyişmişdi, o zaman o, 15 baza bəndi (b.b.) azaldılmışdı.