Bank VTB hesabat açıqladı - Bir sıra göstəricilər üzrə artımlar var

17:02 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Bank VTB (Azərbaycan) 2023-cü ilin IV rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2023-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın aktivləri 249,9 milyon manat təşkil edib. Bu da 2022-ci ilin seyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Bank hesabat dövrünü 10,608 milyon manat xalis mənfəətlə başa vurub.

VTB-nin kredit portfeli 17,1% artmaqla 187,12 mln manata çatıb. Həmçinin pərakəndə kreditləşmənin həcmi 6,2%, biznes kreditləri 28,6% artıb, ipoteka kreditləşməsinin artımı isə 22%-ə çatıb.

Hesabat dövrünün sonuna Bankın kapital gəlirliliyi (ROE) 15,29%, aktivlərin gəlirliliyi (ROA) isə 5,48% təşkil edib.

2023-cü ilin sonuna VTB-nin faiz gəlirləri 8,15%, xalis faiz mənfəəti isə 16,1% artıb. 31 dekabr tarixinə Bankın kapitalı 91,055 milyon manat olmaqla, illik ifadədə 13,5% artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimum tələblərini 82% üstələyib.