“Konstromat” ASC səhm buraxmağa başlayıb

14:27 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. “Konstromat” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, adlı, sənədsiz səhmlər buraxır.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin emissiya prospektində bildirilib.

Beləliklə, səhm paketi tam şəkildə yerləşdirilərsə, şirkətin nizamnamə kapitalı 200 min manata yüksələcək.

Qeyd edək ki, şirkətin əsas fəaliyyəti tikinti materialları üzrə distribütor fəaliyyətinin həyata keçirilməsidir.

“Konstromat” ASC Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu ölkənin şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.