12:23 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Hindistanın Nifty və Sensex indeksləri cümə günü yeni tarixi zirvələrə yaxınlaşıb.
ABC.AZ xəbər verir ki, buna, İT şirkətlərinin nəticələri və şərhləri gözləntiləri aşdıqdan sonra səhmlərinin artması səbəb olub.
NSE Nifty 50 indeksi 0,75% artaraq 21,810,05 bənd, S&P BSE Sensex indeksi isə 0,79% artaraq 72,290,11 bənd olub. Hər iki indeks 1 yanvar tarixində əldə etdiyi tarixi pikin 0,5%-dən azını geridə qoydu.