“Bitcoin”in artım potensialı tükənib

10:33 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) birbaşa kriptovalyutalara investisiya edəcək “Bitcoin spot ETF”lərin istifadəyə verilməsini təsdiqləyib.

ABC.AZ xəbər verir ki, qərar bütün kriptovalyuta bazarı üçün çox vacibdir.

Bununla belə, son həftələrin rallisindən sonra “Bitcoin”in artım potensialı tükənib. Onu ikinci ən populyar kriptovalyuta, “Ethereum” əvəz edib.

Son 24 saat ərzində efir 9% bahalaşaraq 20 ayın ən yüksək səviyyəsinə çatıb. Və ilin əvvəlindən dinamikasına görə “Bitcoin”i geridə qoyub.