14:59 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. 2023-cü il ərzində ölkədə elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Dövr ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon dollar təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon dollar təşkil edib.