11:09 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. 2023-cü ilin sonuna Azərbaycan banklarının aktivləri 49.2 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 4.5% çoxdur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
“O cümlədən, ötən il bankların iqtisadiyyata kredit qoyuluşu 18.3% artaraq 23.2 milyard manata çatıb. Kreditlərin dollarlaşma əmsalı isə 18.8% təşkil etməkdədir”, – deyə o qeyd edib.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026