15:43 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. “Rusiya və İran bankları artıq əməliyyatları SWIFT olmadan birbaşa həyata keçirə bilərlər. Bu o deməkdir ki, iki ölkənin bankları artıq bir-biri ilə əlaqə qurmaq üçün İsveçrəyə ehtiyac duymurlar və hər iki dövlətin kommersiya bankları bir-biri ilə vasitəçilik münasibətləri qura bilərlər”.
ABC.AZ xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının Beynəlxalq Məsələlər üzrə rəhbərinin müavini Mohsen Kərimi bildirib.
O, həmçinin əlavə edib ki, Rusiya tərəfi hesabları Rusiya Federasiyasının İrandakı bankları vasitəsilə rial ilə ödəyə biləcək. İran təmsilçisi qeyd edib ki, hər iki dövlətin ixracatçıları öz milli valyutalarında əməliyyatlar apara bilərlər.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026