18:01 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Cənub-şərqi Anadolu İxracatçıları Assosiasiyasının (GAIB) məlumatına görə, 2023-cü ildə taxıl, paxlalı bitkilər, yağlı toxumlar və hazır məhsullar sektoru 213 ölkədə və azad ərazilərdə 14 mln 673 min 959 ton məhsul satıb.
ABC.AZ xəbər verir ki, 12 milyard 380 milyon 538 min dollar qazanan sektorun ixracı əvvəlki ilə nisbətən bu dövrdə kəmiyyət baxımından 36%, dəyər baxımından isə 8% artıb.
Bu sektorun ən böyük ixrac həcmi Yaxın Şərq ölkələrinin payına düşüb - 4 milyard 617 milyon 524 min dollar, daha sonra Afrika - 2 milyard 787 milyon 329 min dollar və Avropa - 1 milyard 630 milyon 585 min dollar.
25 Avqust 2026