Azərbaycanda intetnet bankçılıq məbləğ ifadəsində artıb - Hesabat

15:09 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda internet bankçılıq üzrə 18 milyon 784 min manat həcmində 1 607 əməliyyat aparılıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, əməliyyatlar son bir ildə məbləğ ifadəsində 711 min manat (3,9%) artasa da, say ifadəsində 1 043 ədəd (39,4%) azalıb.

2022-ci ilin eyni dövründə 18 milyon 73 min manatlıq 2 650 əməliyyat aparılmışdı.

İnternet bankçılıq üzrə 1 əməliyyatın həcmi 11 689 manat, əvvəlki ilin eyni dövründə isə 6 820 manat təşkil edib.