Banklar 11 ayda bu qədər mənfəət vergisi ödəyib

12:08 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. 2023-cü ilin dekabrın 1-nə Azərbaycan bankları 254,8 milyon manat mənfəət vergisi ödəyib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilir.

Həmin göstərici aylıq müqayisədə 17 milyon manat və ya 7,1% ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,2 milyon manat və ya 29,6% çoxdur.

Qeyd edək ki, cari ilin noyabrın 1-nə  Azərbaycan banklarının mənfəətdən vergiləri 237,8 milyon manat, 2022-ci ilin dekabrın 1-nə 196,6 milyon manat olub.