11:59 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. Azərbaycanda 41 sahibkarın banka vaxtı ötmüş kredit borc öhdəliklərini dövlət qarşılayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya banklarının sahibkarlara ayırdığı kredit məbləğinin 60%-nə qədər olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
Dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499.5 milyon manat kredit ayrılıb ki, onun da 291.6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026