Azərbaycan banklarında müştəri hesabları artıb, ya azalıb?

11:50 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. 2023-cü ilin noyabr ayında müştəri hesabların sayı 2% artaraq 38 573 764  olub.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ay müştəri hesabların sayı 37 766 627 olub.

Müştəri hesablarının bir hissəsini təşkil edən cari hesabların sayı 30 692 696, kredit hesablarının sayı 7 564 897, depozit hesabları isə 316 171 olub.