16:30 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Rusiya İran Mərkəzi Bankının rəhbəri Məhəmməd-Rza Fərzinin Moskvaya səfəri zamanı İrana 6,5 milyard rubl məbləğində kredit xətti ayırıb.
ABC.AZ xəbər verir ki, Moskvada Rusiya Sberbank və Bank Melli Iran (BMI) direktorlarının görüşü keçirilib, nəticədə Rusiyadan əsas malların idxalı məqsədi ilə İran üçün 6,5 milyard rubl məbləğində kredit xətti açılıb.
Kredit xəttinin Sberbank və BMI tərəfindən İrana lazım olan əsas malların idxalını maliyyələşdirmək üçün tətbiq ediləcəyi güman edilir.
Bu kreditin açılması İran və Aİİ arasında azad ticarət sazişinin imzalanmasından sonra İran və Rusiya arasında əməkdaşlığın inkişafı istiqamətində ilk mühüm addımdır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026