14:21 - 28.12.2023
28 dekabr, Fineko/abc.az. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanmış “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi və onunla əlaqəli digər normativ-hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.
ABC.AZ xəbər verir ki, ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.
Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri dividendlər üzrə vergi dərəcəsinin aşağı salınması ilə bağlıdır. Məlum olduğu kimi, vergi qanunvericiliyində dividend gəlirləri üzrə bir sıra güzəştlər müəyyən edilib. Belə ki, 2019-cu il yanvarın 1-dən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti hesab edilən rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azaddır. Bu azadolma müddətsizdir. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirləri də 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətinə gəlir vergisindən azad edilib. Həmin azadolmanın müddəti 2023-cü il fevralın 1-də bitib. Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. Artıq 2023-cü ildən başlayaraq, Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir. Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026