Şirkətlərin borcunun əvəzləşdirilməsi belə olacaq - Detallar

12:17 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Şirkətlərin borcunun əvəzləşdirilməsi mexanizmi yaradılıb.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə qanununa edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və ya cəmiyyət çıxış edir.

Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarının tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçiriləcək.