20 ən böyük bank 60 mindən çox işçisini ixtisar edib

14:12 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. Dünyanın iyirmi ən böyük bankı bu il 60 mindən çox əməkdaşını ixtisar edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Qəzetdə qeyd edilib ki, bu rəqəm 140 minə yaxın bank işçisinin işini itirdiyi 2007-2008-ci illərin qlobal böhranı ilə müqayisə oluna bilər.

Nəşrin danışdığı ekspertlər sabitlik və investisiyaların olmaması səbəbindən yeni ixtisarların olacağını proqnozlaşdırırlar.