12:35 - 26.12.2023
26 dekabr, Fineko/abc.az. İqtisadçılar hesab edirlər ki, 2024-cü ildə Avropa iqtisadiyyatının böyüməsi cüzi olacaq, baxmayaraq ki, maaşlar inflyasiyadan daha sürətli artacaq.
ABC.AZ xəbər verir ki, risk faktorları arasında Trampın ABŞ seçkilərindəki qələbəsini, Ukraynanın xüsusi əməliyyatda ehtimal olunan məğlubiyyətini, həmçinin yüksək faiz dərəcələrini və enerji təchizatı ilə şokları qeyd edirlər.
Məlumata görə, orta hesabla iqtisadçılar avrozona iqtisadiyyatının 2024-cü ildə 0,6%-dən bir qədər artacağını gözləyirlər. Əksər ekspertlər daha pessimist yanaşma göstərir, lakin Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu müvafiq olaraq 0,8% və 1,2% artım proqnozlaşdırıb. İqtisadçıların fikrincə, Avrozonada hazırkı tənəzzül qısamüddətli olacaq, 2024-cü ilin birinci rübündə mülayim müsbət artım müşahidə olunacaq.