“Bitcoin”in 160%-dən çox bahalaşıb

10:42 - 26.12.2023


26 dekabr, Fineko/abc.az. 2023-cü ildə “Bitcoin” 160%-dən çox – 16.5 min dollardan 44 min dollara qədər artıb.

ABC.AZ xəbər verir ki bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edilib ki, ilk kriptovalyutanın və digər rəqəmsal aktivlərin bərpa olması sənaye iştirakçılarının spot “Bitcoin ETF”lərə mərc etməsi ilə əlaqəlidir.

“Bitcoin”in yüksəlişi aparıcı rəqəmsal aktivin bazar kapitallaşmasını təxminən 530 milyard dollar artırıb. İnvestorlar yenidən risk almağa başladılar və bir çox digər kriptovalyutalar da bahalaşıb.

Məqalədə bazar hərəkətləri təhlil edilir və kriptovalyutaların 2023-cü ildə necə davrandığını göstərən faktlar seçilir. Qeyd edilir ki, “1.5 trilyon dollar itirdikdən sonra 2022-ci ilin sonunda kriptovalyuta bazarlarını bürüyən çıxılmazlıq hissi 12 ay sonra xəsisliyə çevrilib”.

İlk növbədə, müəlliflər qeyd edirlər ki, 2023-cü ildə “Bitcoin” artım dinamikası baxımından qlobal fond bazarını və qızılı geridə qoyub.