11:29 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Ukrayna Rusiya qazının Avropaya tranzitindən imtina edərsə, Avropa ölkələri problemlərlə üzləşəcək. Almaniyanın “Focus” jurnalı Kiyevin qərarının nəticələrini açıqlayıb.
ABC.AZ xəbər verir ki, qeyd olunur ki, Kiyevin Rusiya qazını Avropaya göndərməmək qərarı Avropa istehlakçıları üçün yanacaq qiymətlərinin artmasına səbəb olacaq, çünki Avropa qaz bazarı bir-biri ilə sıx bağlıdır.
Daha öncə "Naftoqaz Ukrainı" neft-qaz şirkətinin rəhbəri Aleksey Çernışev bildirib ki, Ukrayna Rusiya qazının öz ərazisi ilə Aİ-yə tranziti üçün müqaviləni uzatmaqdan imtina edib (müqavilənin müddəti 2024-cü ilin sonunda bitir).