Dünya Bankı bu proqramın Azərbaycanda aktiv fazasına keçir

10:15 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Dünya Bankı Azərbaycan Çevik Texniki Yardım Aləti (AZTAF) proqramının aktiv fazasına keçir.

ABC.AZ xəbər verir ki, bunu sözügedən proqramla bağlı media nümayəndələrinin məlumatlandırılması tədbirində AZTAF proqramı koordinatoru Leyla Tağıyeva bildirib.

O qeyd edib ki, proqramım həyata keçirilməsi ilə bağlı razılıq 2020-ci ildə əldə olunub:

"AZTAF proqramının icrası 2025-ci ilədək davam edəcək. Proqramın tətbiq edilməsində əsas məqsəd daha güclü dövlət idarəçiliyi, güclü iqtisadiyyat, daha güclü bağlantılar və dayanıqlıq, daha güclü cəmiyyətin formalaşması istiqamətində hökümətlə konsultasiya həyata keçirməkdir. Proqram ümumilikdə 9 yardım vasitəsi ilə maliyyələşdirilir. AZTAF proqramının ümumi büdcəsi isə 5 milyon 250 min avro təşkil edir".

AZTAF koordinatoru proqramla bağlı danışarkən bildirdi ki, sözügedən məsələlər tam olaraq təkmilləşdirilib hökumətə tətbiq ediləcək.

Müəllif: Elmir Murad