15:06 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır.
ABC.AZ xəbər verir ki, bunu Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. "Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər", - Vüqar Bayramov qeyd edib.
Millət vəkili hesab edir ki, kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir:
"Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var".
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026