“Tinkoff” beş ölkəyə valyuta köçürmələrinə başlayıb — o cümlədən Azərbaycana

14:44 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. “Tinkoff Business” hüquqi şəxslər üçün xaricə köçürmə imkanlarını genişləndirib.

ABC.AZ xəbər verir ki, şirkətlər Azərbaycan, Belarus, Braziliya, Qırğızıstan və Tacikistandan olan kontragentlərlə milli valyutalarda ödəniş edə biləcəklər.

Biznes-müştərilər daxil olan və çıxan ödənişləri Azərbaycan manatı, Belarus rublu, Braziliya realı, Qırğızıstan somu və Tacikistan somonisi ilə edə biləcəklər.

Sahibkarlar yeni milli valyutalarda iş tərəfdaşlarına köçürmə edərkən ikiqat konvertasiya səbəbindən faiz itirməyəcəklər.