Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib

11:35 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayda 6.7 mlrd. ABŞ dolları profisit yaranıb.

Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş 1.4 mlrd. ABŞ dolları təşkil etmişdir. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3% artaraq 10.8 mlrd. ABŞ dollarını keçmişdir.