Mərkəzi Bankın valyuta hərracında tələb 8% artıb

12:38 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 19-da keçirilən valyuta hərracında bankların tələbi $76,5 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $5,6 mln və ya 8% çoxdur. Qeyd edək ki, dekabrın 14-də keçirilən valyuta hərracında tələb $70,9 mln təşkil edib.

Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.