16:24 - 18.12.2023
18 dekabr, Fineko/abc.az. Rusiya-Tacikistan İşgüzar Şurası (RTİŞ) və Tacikistan dövlət əmlakının investisiya və idarəetmə üzrə Dövlət Komitəsi birgə layihələrə investisiyaların cəlb edilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə RTİŞ sədri İslam Nəzərəliyev təşkilatın 2023-cü ildə işin yekunu üzrə keçirilmiş iclasında bildirib.
Onun sözlərinə görə, Tacikistan investisiya və idarəetmə üzrə Dövlət Komitəsi onun tabeliyində həyata keçirdiyi layihələrə məsləhət verəcək.
İclasda qeyd edildiyi kimi, sənəd tərəflər arasında səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə imzalanıb və respublika ərazisində birgə layihələrin həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsinə yönəlib.
25 Avqust 2026