Çin iqtisadiyyatı canlanmanı proqnozlaşdırır

15:45 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Çin iqtisadiyyatı 2024-cü ildə böhrandan sonra bərpa olunmağa başlayacaq. Bunu, Çin Kommunist Partiyasının Maliyyə və iqtisadi İdarəsi proqnozlaşdırır.

ABC.AZ xəbər verir ki, Çin iqtisadiyyatının bərpasına istehlak qiymətlərinin aşağı səviyyəsi, dövlət borcunun az olması və yerli orqanlara pul və maliyyə siyasətini həyata keçirməyə imkan verən digər amillər kömək edəcək.

Bu fonda, Pekinin məhdud daxili tələbat probleminə, yüksək texnoloji sektorların inkişafına, turizmə və tikinti sənayesinə dəstəyə diqqət yetirəcəyi bildirilir.