ABŞ-dakı quraqlıq şəkər qıtlığına səbəb olub

14:23 - 18.12.2023


18 dekabr, Fineko/abc.az. Luiziana və Meksikadakı quraqlıq son zamanlarda ABŞ bazarında şəkər tədarükünün azalmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, bu səbəbdən, konfet istehsalçıları, şəkər idxal edərkən, rüsumlara görə artıq ödəməyə məcburdur. Keçən il ərzində qənnadı məmulatları ölkədə orta hesabla 13%-dən çox bahalaşmışdı.