16:12 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. Türkiyə Respublikasından Azərbaycan əhalisinə pul köçürmələrin həcmi 30 faiz artıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana Türkiyədən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi 115.74 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövründə 89.15 milyon dollar pul köçürülmüşdü. Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratları 22 faiz azalaraq 103.76 milyon manat təşkil edib.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026