Azərbaycanda geyim istehsalı 13%-dən çox azalıb

15:50 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 449,1 milyon manat dəyərində məhsul istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 12.7 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 11.4 faiz, geyim istehsalında isə 13.3 faiz azalma müşahidə olunub.