10:08 - 15.12.2023
15 dekabr, Fineko/abc.az. Mərkəzi Bank (AMB) qısamüddətli likvidlik çatışmazlığı ilə üzləşmiş banklara sonuncu instansiya kreditoru kimi müddəti altı aydan çox olmayan və yalnız bir dəfə həmin müddətə uzadıla bilən kreditlər verə biləcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri requlyator tərəfindən banklara kreditlərin verilməsi qaydalarında dəyişiklik edib.
Buna qədər isə banklara altı aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilsə də bir dəfə verib-verməməsi ilə bağlı hər hansısa limit qeyd edilmirdi.
Maliyyə bazarlarının sabitliyinə təhdid yarandığı hallarda Mərkəzi Bankın İdarə Heyəti digər şərtlərlə və daha uzun müddətə sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə biləcək.
Buna qədər isə bu qaydada uzunmüddətli kreditlə bağlı hansısa şərh yox idi.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026