Rusiyanın qızıl ehtiyatları rekord həddə çatıb

10:37 - 14.12.2023


14 dekabr, Fineko/abc.az. Rusiyanın qızıl ehtiyatları rekord həddə çoxalıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatlarında qeyd edilib.

Artıma səbəb kimi, qiymətli metalın bahalaşması göstərilir.

Belə ki, sözügedən səbəbdən Rusiyanın qızıl ehtiyatları tarixdə ilk dəfə 151.9 milyard dollara çatıb.

Ehtiyatlar fiziki ifadədə təxminən 16 ton azalıb.

Qeyd olunur ki, 2023-cü ilin noyabrında Rusiyanın qızıla investisiyaları 2.2% artaraq 151.9 milyard dollar olub.

Bundan əvvəl COMEX birjasında qızılın bir troya unsiyasının dəyəri tarixdə ilk dəfə olaraq 2.1 min dolları ötüb.

Müəllif: Elmir Murad