17:17 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. Çin hakimiyyəti, lokdaunlardan sonra ölkəni bürüyən böhrandan milli iqtisadiyyatı bərpa etmək üçün doqquz addımlıq təcili plan təqdim edib.
ABC.AZ xəbər verir ki, məlumata görə, Çin hökuməti iqtisadiyyatın stimullaşdırılması tədbirlərindən birini daxili tələbin bərpası adlandırıb. Digər prioritet addım, aktiv maliyyə və pul siyasətini davam etdirməklə
yüksək texnoloji istehsal da daxil olmaqla, iqtisadiyyatın əsas sektorlarının sürətli inkişafı üçün bir tədbir olmalıdır.
ÇXR səlahiyyətliləri, ölkənin texnoloji və qida suverenliyini təmin etmək üçün sənaye və kənd təsərrüfatı sektorlarında innovasiyaların təşviq edilməsini də təklif ediblər.
ÇXR həmçinin mənzilə daxili tələbatı bərpa etmək üçün, əlverişli mənzil proqramını genişləndirməyi planlaşdırır.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026