Bu ölkə 50% çox devalvasiyaya uğrayacaq

10:08 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Argentina pesosu dollar qarşısında 50% çox devalvasiyaya uğrayacaq

ABC.AZ xəbər verir ki, Argentinanın yeni hökuməti ölkənin üzləşdiyi maliyyə böhranını həll etmək üçün mühüm iqtisadi tədbirlər görəcəyini açıqlayıb. Hökumət rəsmiləri Argentina pesosunun dollar qarşısında 50 faizdən çox dəyərdən düşəcəyini və dövlət xərclərinin məhdudlaşdırılacağını açıqlayıb.

İqtisadiyyat naziri Kaputo ölkənin çətin bir prosesdən keçəcəyini bildirərək, inflyasiyanın xüsusilə bir neçə ay ərzində arta biləcəyini və hiperinflyasiya riskinin olduğunu vurğuladı. O, iqtisadi tədbirlərin Argentinanın iqtisadi sabitliyini təmin etmək üçün  həyata keçirildiyini bəyan edib.

İqtisadiyyat naziri Kaputo ölkədə yoxsulluğun 40 faiz səviyyəsində olduğunu xatırladıb .