Valyuta hərracında tələb 54,2% artıb

12:35 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 12-də keçirilən valyuta hərracında bankların tələbi 69,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 24,3 milyon dollar və ya 54,24% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Dekabrın 7-də keçirilən valyuta hərracında AMB banklara 44,8 milyon dollar satıb.