10:41 - 11.12.2023
11 dekabr, Fineko/abc.az. İngiltərədə faiz endirimləri avqust ayından etibarən daha da sürətlənəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Goldman”ın proqnozunda bildirilir. Analitiklər 2025-ci ilin ortalarına qədər İngiltərədə uçot dərəcəsinin 3%-ə çatacağını proqnozlaşdırıb.
Həmçinin proqnozlara görə, İngiltərə Mərkəzi Bankı zəif iqtisadiyyata qarşı güclü fundamental qiymət təzyiqlərini balanslaşdırdığı üçün avqust ayında ilk faiz endiriminə başlaya biləcək.
Bankın bu həftə ardıcıl üçüncü iclasında borclanma xərclərini 5,25% səviyyəsində saxlaması gözlənilir.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026