12:25 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. “Biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Artıq gördüyünüz kimi, biz prezidentin xüsusi nümayəndələr institutunu yaratmışıq. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq”.
ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən tədbirdə söyləyib.
Onun sözlərinə görə, bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin:
“Texnoloji inkişaf, ekoloji baxımdan münbit biznes mühiti – bütün bunlar tətbiq ediləcək. Bir sözlə, bizim həmin planlarımız artıq var. Hələ onları kağız üzərinə köçürməmişik, çünki biz əsasən keçmiş məcburi köçkünlərin əsas hissəsini qaytarmalıyıq və bu, Azərbaycanın qalan hissəsinin yenidən qurulmasına və inkişafına dair yol xəritəsi olacaq".
8 Avqust 2026
8 Avqust 2026