Mərkəzi Bank sədri iqtisadçı ekspertlərlə nəyi müzakirə edib?

11:08 - 7.12.2023


7 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib.

ABC.AZ xəbər verir ki, bunu AMB-nin sədri “X” sosial şəbəkəsində hesabında bildirib.

“Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək”, – deyə o qeyd edib.