14:18 - 4.12.2023
4 dekabr, Fineko/abc.az. Fəthiye kurort şəhəri, kruiz laynerləri üçün liman inşa etmək məqsədi ilə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) prosesinə başlayıb.
ABC.AZ xəbər verir ki, 2023-cü ilin 10 ayı ərzində Türkiyənin qəbul etdiyi kruiz sərnişinlərinin sayı 1 milyon 393 mini keçib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur.
Məlumata görə, Babataşı vilayətinin Fəthiye şəhərində tikilməsi planlaşdırılan limanın sahəsi 27,6 min kvadratmetr olacaq. Limanda uzunluğu 355 metr və eni 50 metr olan körpü tikiləcək. Körpü uzunluğu 360 metr və eni 55 metr olan gəmiləri qəbul edə biləcək.
Layihənin ümumi dəyəri 925,65 milyon TL (təxminən 32 milyon dollar) təşkil edir, bütün investisiya və əməliyyat xərcləri investor şirkəti tərəfindən ödəniləcək.
13 Avqust 2026
13 Avqust 2026