10:12 - 30.11.2023
30 noyabr, Fineko/abc.az. Filippinin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) ölkədə dünyanın ən böyük kriptovalyuta birjası “Binance” kriptobirjasına girişə məhdudiyyətlərin tətbiqi prosesinə başlayıb.
ABC.AZ-ın məlumatına görə, Filippin tənzimləyicisi “Binance”nin ölkədə şirkət kimi qeydiyyatdan keçmədiyini və fəaliyyət göstərmək üçün müvafiq icazə və lisenziyalara malik olmadığını bildirib.
Ticarət platformasına girişə məhdudiyyətlərin tətbiqi prosesi istifadəçilərin birjadan vəsaitləri çıxara bilməsi üçün təxminən üç ay çəkəcək.
Bundan əlavə, tənzimləyici Filippində “Binance” reklamlarının nümayişini məhdudlaşdırmaq tələbi ilə “Google” və “Facebook”a müraciət edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026