11:58 - 27.11.2023
27 noyabr, Fineko/abc.az. Azərbaycanda debet kartları üzrə əməliyyatların sayında artım qeydə alınıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 109 milyon 684 min ədəd olub.
Bu da illik müqayisədə 54 milyon 797 min (99,8%), aylıq müqayisədə 13 milyon 206 min ədəd (13,7%) artım deməkdir.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 54 milyon 887 min ədəd, cari ilin oktyabrın 1-nə 96 milyon 478 min ədəd olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026